Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü mərasimlərində iştirak edib
06 oktyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində şəhid olan Cəyirli kəndi sakini Ömərli Kənan Elxan oğlunun və Çərəkə kənd sakini Şirinov Eldar Bağır oğlunun üçüncü ildönümü mərasimlərində iştirak edib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Ömərli Kənan Elxan oğlu 08.03.1999-cu il tarixdə Göyçay rayonunun Cəyirli kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 06 oktyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhid Şirinov Eldar Bağır oğlu 12.07.2001-ci il tarixdə Göyçay rayonunun Çərəkə kəndində anadan olmuşdur. 16.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 06 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
#AzerbaijanRemembers