Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü mərasimlərində iştirak edib

30 oktyabr 2023 | 17:05

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 30 oktyabr 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində şəhid olan Göyçay şəhər sakini Mövsümov Fərid Zakir oğlunun və Kürdşaban  kənd sakini Əliyev Azər Elnur oğlunun üçüncü ildönümü mərasimlərində iştirak edib.

Mərasimdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Göyçay rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların müdirləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və sakinlər şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Şəhid Mövsümov Fərid Zakir oğlu 19.09.1987-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 05 oktyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi  xidmətə cəlb edilmiş, 30 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid Əliyev Azər Elnur oğlu 21.03.2002-ci il tarixdə Göyçay rayonunun Kürdşaban  kəndində anadan olmuşdur. 05.05.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 30 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər