Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Hüseynov Xəyyam Hüseyn oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi

28 sentyabr 2023 | 18:30

28 sentyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kəndində İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Hüseynov Xəyyam Hüseyn oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri şəhidin əziz xatirəsi ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Xəyyam Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Sonra tədbir iştirakçıları şəhidin təhsil aldığı Məlikkənd kənd tam orta məktəbində adına verilmiş sinif otağına baxış keçiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Hüseynov Xəyyam Hüseyn oğlu 11.07.1996-cı il tarixdə Göyçay rayonunun Məlikkənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər