Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı şəhid Bayram Orucovun üçüncü ildönümü mərasimində iştirak etdi

24 oktyabr 2023 | 18:16

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev oktyabrın 24-də Alpout kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Orucov Bayram Çərkəz oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi.

Mərasimdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Bayram Orucovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Orucov Bayram Çərkəz oğlu17.02.2001-ci il tarixdə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 05.04.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 24 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

#AzerbaijanRemembers

Keçidlər