Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə növbəti görüş keçirdi
13 sentyabr 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev şəhid ailələri ilə növbəti görüş keçirdi.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Sonra rayon rəhbəri şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şəhidlərin ailə üzvləri çıxış edərək bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmiş, onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.