Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə görüş keçirdi

29 noyabr 2022 | 19:50

29 noyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev şəhid ailələri ilə görüş keçirmişdir.

Görüşdə  İcra başçısı müqəddəs torpaqlarımızın düşmən tapdağında azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan və ailələrində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.

Həmçinin görüşdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və rayonda gələcəkdə görüləcək işlərlə bağlı məlumatları diqqətə çatdırıb.

Görüşdə rayon icra hakimiyyətinin başçısı şəhid ailələrinin qayğı və problemlərin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamış, mövcud problemlər müzakirə olunmuşdur.

Görüşdə şəhid atası Akif Kərimov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkür və minnətdarlığını bildirmişdir.

 

Keçidlər