Rayon İcra Hakimiyyətinin başçısı Şahsoltanlı kənd sakinləri ilə səyyar qəbul keçirib.
19 noyabr 2025 | 18:40
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şahsoltanlı kənd sakinləri ilə səyyar qəbul keçirib.
Sakinlərin qaldırdığı suallar yerində operativ cavablandırılıb, araşdırılması tələb olunan bəzi məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.






