Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı qazilərlə görüş keçirdi

03 dekabr 2022 | 09:54

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Göyçay rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.

02 dekabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qazilərlə görüş keçirdi.

Görüşdə rayon rəhbəri qazilərin səhhəti və qayğıları ilə maraqlanıb, onların daim diqqətdə saxlanıldıqlarını qeyd edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib.

Qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Keçidlər