Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov şəhid ailələrinin üzvləri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Ömərli Kənan Elxan oğlunun, Mayılov Rüfət Bəhram oğlunun, Əliyev Azər Elnur oğlunun, Kərimli Azad Elşad oğlunun, Məmmədov Sənan Tehran oğlunun, Hüseynov Xəyyam Hüseyn oğlunun, Qasımov Qismət Yolçu oğlunun, Qafarov Kənan Siyaqif oğlunun və Qasımov Teymur Mikayıl oğlunun məzarlarını ziyarət edib
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin nümayəndəsi Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov və şəhid ailələrinin üzvləri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladları şəhid Ömərli Kənan Elxan oğlunun, Mayılov Rüfət Bəhram oğlunun, Əliyev Azər Elnur oğlunun, Kərimli Azad Elşad oğlunun, Məmmədov Sənan Tehran oğlunun, Hüseynov Xəyyam Hüseyn oğlunun, Qasımov Qismət Yolçu oğlunun, Qafarov Kənan Siyaqif oğlunun və Qasımov Teymur Mikayıl oğlunun məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirəsi yad olunub.
Uca tanrıdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyirik!






