Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Şəhər Təsərrüfatı Birliyi üçün alınmış nəqliyyat vasitələrinə və avadanlıqlara baxış keçirib
16 mart 2026 | 16:56
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Şəhər Təsərrüfatı Birliyi üçün alınmış nəqliyyat vasitələrinə və avadanlıqlara baxış keçirib.
Şəhər Təsərrüfatı Birliyinin rəisi Fuad Bayramov RİH başçısına nəqliyyat vasitələrinin texniki göstəriciləri və imkanları, məişət tullantıları konteynerləri, həmçinin məişət tullantılarının idarə edilməsi, əməkdaşların iş şəraitinin və maddi-texniki bazanın yaxşılaşdırılması, xidmət sahəsinin genişləndirilməsi istiqamətində qısa zamanda görülmüş işlər barədə məlumat verib, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan planları qeyd edib.






