Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Qaraxıdır kəndində şəhid məzarlarında aparılmış təmir-bərpa işlərinə baxış keçirib
27 oktyabr 2026 | 17:57
İcra Hakimiyyətinin başçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin nümayəndəsi Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov, Cavid Səfərov və şəhid ailələrinin üzvləri ilə birlikdə rayonun Qaraxıdır kəndində şəhid Abdullayev Səbuhi Bayram oğlunun, İsgəndərov Raqib Fərhad oğlunun, Zülfüqarov Zülfüqar Emin oğlunun və Hacıyev Araz Mahir oğlunun məzarlarında aparılmış təmir-bərpa işlərinə baxış keçirib.
Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyirik!






