Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Qaraməryəm kəndində taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb
23 iyun 2026 | 18:00
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Qaraməryəm kəndində taxıl biçini prosesində iştirak edib, məhsul yığımının gedişi ilə maraqlanıb.
Fermer Bayram Ağayev təsərrüfatda görülən işlər, biçin prosesinin təşkili və qarşıdakı dövrdə məhsuldarlığın artırılması ilə bağlı planları barədə məlumat verib.
RİH başçısı kənd təsərrüfatının inkişafı, aqrar sahədə yeni qəbul edilmiş Dövlət Proqramının əhəmiyyəti, proqram çərçivəsində həyata keçiriləcək tədbirlər və yeniliklər barədə məlumat verib.






