Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov əsaslı təmirdən sonra şəhid məzarlarına baxış keçirib
İcra başçısı, şəhid ailələri, rayon ağsaqqalları və din xadimləri ilə birlikdə Qarabaqqal və İkinci Ərəbcəbirli kəndlərində şəhid Mayıs Kərimov, Seymur Kərimov, Ceyhun Sadıqov, Habil Həmidov, Sarvan İsgəndərov, Hümbət İsmayılov, Eldəniz Nəsirov, Teyyub Abdullayev, Mənsur İsmayılov və Ceyhun İbrahimovun məzarlarını əsaslı təmirdən sonra ziyarət edib.
Şəhid ailələri, rayon ağsaqqaları və din xadimləri icra hakimiyyəti tərəfindən həyata keçirilən bu işlərin dövlətin şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib, həmçinin Qarabaqqal kənd qəbiristanlığının yolunun əsaslı təmir edilməsinə görə xeyriyyəçi Hacı Araza dərin minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların əziz xatirələri qəlbimizdə əbədi yaşayacaq!






