Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Göyçay Tarix-diyarşünaslıq muzeyində olub
18 may 2026 | 14:16
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Göyçay Tarix-diyarşünaslıq muzeyində olub.
Muzeyin direktoru Nuranə Sultanova RİH başçısına muzeyin tarixi və eksponatlar barədə məlumat verib.
RİH başçısı Göyçay Tarix-diyarşünaslıq muzeyinin rayonun tarixi, mədəniyyəti, ənənələrinin öyrənilməsi, tanıdılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb və Beynəlxalq Muzeylər Günü münasibətilə kollektivi təbrik edib.






