Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev vətəndaş müraciətlərinə baxılması üçün növbəti qəbul keçirib
24 oktyabr 2023 | 12:45
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev oktyabrın 24-də RİH-nin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbulda aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.