Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev növbəti vətəndaş qəbulu keçirib
Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tərəfindən hər həftə fərdi qəbulların keçirilməsi davam edir.
19 mart 2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbulda Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Ümumilikdə qəbul zamanı 20 nəfərdən çox rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.