Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan Ramal Rüstəmovu yaşadığı evdə ziyarət edib

25 oktyabr 2023 | 18:33

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri oktyabrın 25-də Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan, rayonunun İkinci Ərəbcəbirli kənd sakini Rüstəmov Ramal Vidadi oğlunu yaşadığı evdə ziyarət edib.

Görüş zamanı icra başçısı Natiq Ağayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı qələbədən danışaraq, terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə təbrik etmiş, döyüşçünün sağlamlığı və müalicəsi, eyni zamanda ailələrin qayğıları ilə maraqlanmışdır.

Söhbət zamanı yaralı döyüşçü Ramal Rüstəmov öz təəssüratlarını bölüşüb.

Göstərilən diqqət və qayğıya görə prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə edib.

Qeyd edək ki, Rüstəmov Ramal Vidadi oğlu həm də Vətən müharibəsi iştirakçısıdır.

Keçidlər