Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətinin başçısı ilə şəhid ailələri görüş keçirdi

06 sentyabr 2024 | 20:26

06 sentyabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev icra hakimiyyətinin inzibati binasında şəhid ailələri ilə görüş keçirdi.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutduğunu, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Sonra rayon rəhbəri şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Şəhidlərin ailə üzvləri çıxış edərək bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmiş, onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər