Rayon İcra Hakimiyyətinin başçısı Bığır kəndində şəhid Qüdrət Əzizovun üçüncü ildönümü mərasimində iştirak etdi
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev noyabrın 10-də Bığr kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əzizov Qüdrət Bəhruz oğlunun üçüncü ildönümü mərasimində iştirak etdi.
Mərasimdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Qüdrət Əzizovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.
Mərasim zamanı məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Əzizov Qüdrət Bəhruz oğlu 19.06.1997-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 10 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
#AzerbaijanRemembers