Rayon İcra Hakimiyyətinin başçısı ağsaqqallar, ziyalılar və rayon sakinləri görüş keçirdi
05 noyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı ağsaqqallar, ziyalılar və rayon sakinləri görüş keçirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev bildirdi ki, görüşün əsas məqsədi rayonun hazırda mövcud olan problemlərinin onlardan eşidilməsi və rayonun gələcək inkişafı ilə bağlı təkliflərin dinlənilməsidir.
Rayonda görüləcək işlərin əhalinin rahatlığına xidmət edəcəyini və abadlıq-quruculuq işlərinin aparılmasında görüş iştirakçılarının təkliflərinin nəzərə alınacağını bildirilərək, Dövlət Başçısının qarşıya qoyduğu vəzifələr hər kəs tərəfindən məsuliyyətlə yerinə yetirilməli, vətəndaşların problemləri həlli istiqamətində səylə çalışacağı vurğulanmışdır.
Görüş iştirakçıları mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında fikir mübadiləsi apardılar.