Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

19 dekabr 2023 | 16:41

19 dekabr 2023-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.

Qəbulda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 40-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Keçidlər