Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon icra hakimiyyətində vətəndaşların növbəti qəbulunu keçirib

26 aprel 2022 | 13:04

26 aprel 2022-ci il tarixdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq rayon icra hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin, RİH başçısı aparatının məsul şəxslərinin, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və rayonun aidiyyəti təşkilatlarının rəhbərlərinin iştirakı ilə vətəndaşların növbəti qəbulu keçirilmişdir.

Rayon rəhbərliyi şəhid ailələrini, Vətən müharibəsi iştirakçılarını, eləcə də digər rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən rayon rəhbərliyi müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar vermişdir.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Keçidlər