Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

22 aprel 2025 | 17:55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin hər birinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaş qəbulu keçirilib.

22 aprel 2025-ci il tarixdə keçirilən qəbulda Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində nəzarətə götürülmüş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tövsiyələr verilmişdir.

Qəbul zamanı 20 nəfərə yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Keçidlər