Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
28 fevral 2023 | 12:15
28 fevral 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirildi.
Qəbul zamanı 70-ə yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.
Vətəndaşların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.