Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
14 fevral 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə vətəndaşların növbəti qəbulu keçirildi.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, rayon Polis Şöbəsinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Ümumilikdə qəbul zamanı 70-ə yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.