Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılması üçün növbəti qəbul keçirilib
25 iyul 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların müraciətlərinə baxılması üçün növbəti qəbulu keçirilib.
Qəbulda rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.