Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində vətəndaşların iştirakı ilə növbəti qəbul keçirilib

01 avqust 2023 | 17:19

01 avqust 2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların müraciətlərinə baxılması üçün növbəti qəbul keçirib.

Qəbulda  rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 50-yə yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Keçidlər