Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulunun keçirilməsi davam edir
14 may 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Ümumilikdə qəbul zamanı 25 nəfərə yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.