Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon icra hakimiyyətində vətəndaşların fərdi qaydada növbəti qəbulu keçirilib

09 avqust 2022 | 14:45

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbul qrafikinə uyğun olaraq növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Qəbulda iştirak edən sakinlərin hər birinin müraciətləri ayrı ayrılıqda dinlənilib qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Keçidlər