Rayon İcra Hakimiyyətində şəhid və qazi ailələri ilə görüş keçirildi
17 yanvar 2023-cü il tarixdə rayon icra hakimiyyəti başçısı şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə görüş keçirib.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Vətən müharibəsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın birliyindən, Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqlarından söz açaraq şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirmiş və rayon ərazisində görülən abadlıq işləri haqqında ətraflı məlumat vermişdir.
Sonra aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə şəhid ailələri və qazilərin müraciətləri dinlənilib. Açıq dialoq şəklində keçirilən görüşdə onların sual və təklifləri, ilk növbədə, şəhid adının əbədiləşdirilməsi ilə bağlı müraciətləri nəzarətə götürülüb.
Qaldırılan müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərləri araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı şəxslərə tapşırıqlar verilib.