Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində müşavirə keçirildi

02 iyun 2022 | 10:40

02 iyun 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə RİH başçısı aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak edirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən verilən tapşırıqların tam və vaxtında icra olunması, dövrümüzün mühüm və aktual problemlərindən biri  olan azyaşlı uşaqlar arasında erkən nigahların, rayon ərazisində qeyri-qanuni tikililərin qarşısının alınması, Ev təsərrüfatlarının uçotu işinin başa çatdırılması, uçot işlərinin aparılmasının daima nəzarətdə saxlanılması, müvəqqəti qaib şəxslər haqqında məlumatların bir daha dəqiqləşdirilməsi, nümayəndəlik ərazisində qeydiyyatsız yaşayanların uçota alınması, mövcud siyahıların dürüstləşdirilməsi, barama qurdlarının becərilməsi, taxıl biçininin vəziyyəti haqqında və rayon ərazisində tikinti, quruculuq, abadlıq işlərinin aparılması ilə bağlı məsələlərə toxundu.

Qeyd olundu ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Hazırda bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.

Bildirildi ki, ayrı-ayrı vətəndaşlar tərəfindən torpaq sahələrinin zəbt edilərək hasarlanması, müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkarlanmış, təşkil edilmiş komissiya tərəfindən müvafiq araşdırma aparılmışdır. Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, qanunsuz tikili və hasarların sökülməsi məqsədi ilə bağlı müvafiq tədbirlər görülür.

Müşavirədə ev təsərrüfatlarında yaranmış mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı  şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr tərəfindən müəyyən işlərin aparıldığını bildirilmiş, barama tədarükünə hazırlıq prosesinin və taxıl biçininə başlanılması vəziyyəti haqqında ərtaflı məlumat verilmiş, şəhər və kəndlərin ərazisində, magistral yolların kənarlarında abadlıq, səliqə-səhman işlərinin aparılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Keçidlər