Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində mülki müdafiə məşqinə hazırlıq müşavirəsi keçirilib

11 mart 2024 | 16:25

Göyçay rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış mülki müdafiə xidmətlərinin tədbirlər planında təsdiq edilmiş 13 mart 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanış üzrə nümunəvi mülki müdafiə məşqinə hazırlıq müşavirəsi keçirilib.

Rayon İcra Hakimiyyətinin mülki müdafiə qərargahının rəisi İsmayıl Hüseynov mülki müdafiə hazırlığının vəziyyəti vəməşqinin planının məzmunu barədə geniş məlumat verib. Bildirib ki, mülki müdafiə məşqinin keçirilməsində əsas məqsəd mülki müdafiə orqan və qüvvələrinin idarəedilməsinin təşkili, mülki müdafiə planının reallığının yoxlanılması, rayonun fövqəladə hadisələrdə hazırlıq səviyyəsinin müəyyən edilməsidir.

Sonra Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin zabitləri çıxış edərək müharibə şəraitində mülki müdafiə qüvvələrinin fəaliyyətinə xüsusi önəm verildiyini vurğulayıb. Qeyd ediblər ki, raket və artilleriya zərbələrindən qorunmaq üçün xüsusi zirzəmilər, sığınacaqlar açmaq, mülki əhalinin tibbi yardım, ərzaq, içməli su ilə təchizatı, yaralıların evakuasiyasına yardım göstərmək, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq zəruridir.

Müşavirədə əhalinin mülki müdafiəyə hazırlanmasında təlimlərin, məşqlərin böyük əhəmiyyəti olduğu qeyd edilərək ekstremal hallarda necə hərəkət etmək yolları və üsulları işçilərə əyani surətdə göstərildiyini diqqətə çatdırıblar.

Keçidlər