Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində idarə, müəssisə rəhbərləri ilə görüş keçirildi

20 fevral 2023 | 18:08

20 fevral 2023-cü il tarixdə rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına dəstək verilməsi və bu istiqamətdə rayonda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi, turizmin inkişafı, narkomaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və ayrı-ayrı vətəndaşlar tərəfindən qanunsuz olaraq torpaq sahələrinin zəbt edilməsi, ən əsası vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini diqqətə çatdırdı.

Göyçay rayon Prokuroru Ramin Hüseynov çıxış edərək son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş sistemli və davamlı tədbirlər barədə ətraflı məlumat vermiş, prokurorluq orqanlarının korrupsiya ilə mübarizə fəaliyyətinin prioritet xətti kimi müəyyən etdiyini bildirmişdir. 

Həmçinin görüşdə Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Yaşar Əhmədov və rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov cari dövr ərzində görülən işlər haqqında çıxış ediblər.

Keçidlər