Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində din xadimlərinin iştirakı ilə müzakirlər aparılıb

23 oktyabr 2023 | 18:36

Oktyabrın 23-də rayon icra hakimiyyətinin inzibati binasında din xadimlərinin təklifinə əsasən Göyçay rayonununda yas mərasimlərində təşkil olunan ehsan süfrələrində israfçılığa yol verilməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb.

Aparılan müzakirələrdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, aparatın məsul şəxsləri, rayonun din xadimləri, şəhid ailələrinin və İctimai Şuranın üzvləri, ağsaqqallar, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rəsul Kazımov mövzu ətrafında ətraflı çıxış edərək yas mərasimlərində təşkil olunan ehsan süfrələrində israfçılığa yol verilməsinin qarşısının alınması ilə bağlı rayon sakinlərinin müraciətlərini çatdırdı.

Qarşılıqlı müzakirə əsasında keçirilən iclasda çıxış edən din xadimləri, şəhid ailələrinin və İctimai Şuranın üzvləri verilən ehsanların israfçılığa yol verildiyini və bunun qarşısının alınması məqsədilə rayon ərazisində təşkil olunan yas mərasimlərində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini bildirdilər.

Keçidlər