Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyətində antikorrpusiya, etik davranış qaydaları və bələdiyyə torpaqlarının idarə edilməsi mövzusunda maarifləndirmə tədbiri keçirildi

26 noyabr 2022 | 11:04

25 noyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində antikorrpusiya, etik davranış qaydaları və bələdiyyə torpaqlarının idarə edilməsi mövzusunda maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, aparatın Hüquq şöbəsinin müdiri Samir Xəlilov,  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlari ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov, Sosial–iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Mahir Məlikov, Göyçay Regional Ədliyyə idarəsinin nümayəndəsi Ramin Musayev, rayonun şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayədələri, bələdiyyələr iştirak edirdi.

Göyçay Regional Ədliyyə idarəsinin nümayəndəsi Ramin Musayev çıxış edərək bələdiyyə torpaqlarının idarə edilməsi barədə qanunvericiliyin tələbləri, zəbt olunmuş bələdiyyə torpaqlarının bələdiyyə mülkiyyətinə geri qaytarılması qaydaları barədə və formaları ilə bağlı ətraflı məlumat verdi.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Samir Xəlilov “Dövlət qulluqçularının etik davranış qaydaları”, “ Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəalarını izah edərək bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə iştirakçıları məlumatlandırdı.

Keçidlər