Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş növbəti müsabiqənin nəticələri açıqlandı
Göyçay rayonu ərazisində müasir üslubda, əhaliyə keyfiyyətli xidmət göstərə biləcək yüngül konstruksiyalardan ibarət ictimai iaşə obyektlərinin layihələndirilməsi və quraşdırılması üzrə Rayon İcra Hakimiyyəti tərəfindən 15 iyun 2023-cü il tarixdə növbəti müsabiqə elan edilmişdir.
26 iyul 2023-cü il tarixdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayevin, müsabiqə komissiya üzvlərinin və 6 vətəndaş tərəfindən layihə təqdim etmiş şəxslərin iştirakı ilə iclas keçirildi.
İclasda müsabiqəyə təqdim olunan layihələr barədə ətraflı müzakirə aparılmış və müsabiqənin nəticələrinə əsasən 6 layihədən 4-ü qalib elan edilmişdir. Digər şəxslərin layihəsi müsabiqə qaydalarına olmadığı üçün imtina edilmişdir.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı yüngül konstruksiyalardan ibarət ictimai iaşə obyektlərinin quraşdırılması nəzərdə tutulan ərazilərə yerində baxış keçirərək lazımi tövsiyələr vermiş və qeyd olunmuşdur ki, müsabiqənin keçirilməsində məqsəd rayon əhalisinin və qonaqların mədəni istirahəti, asudə vaxtının səmərəli təşkil olunması, turizmin inkişafı eləcə də yeni iş yerlərinin yaradılmasıdır.
Layihə təqdim etmiş şəxslər sahibkarlığın inkişafı üçün göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Müsabiqənin keçirilməsi barədə elan rayon icra hakimiyyətinin rəsmi səhifəsində məlumat paylaşılır.
İnşa olunacaq iaşə obyektlərinin layihə şəkilləri əlavə olunur.