Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ərazisində abadlıq işləri aparılıb
Son aylar Göyçay rayonunda şəhər və kəndlərin ərazisində küçə və parkların abadlaşdırılması, işıqlandırılması, yaşıllıqların salınması, yolların, səkilərin əsaslı və cari təmir edilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır.
Aprelin 7-də rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi ərazisi sayılan Qaraməryəm dairəvi avtomobil yolunda abadlıq işləri görülmüş, rayonun Cəyirli kəndinin daxili yollarına çınqıl daşı tökülərək cari təmir işləri aparılmış, yol kənarlarında olan tullantıların ərazidən təmizlənməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli Avtomobil Yolların Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ərəbcəbirli kəndinin ərazisindən keçən hissəsində yol kənarlarına əkilmiş ağaclara aqrotexniki qulluq göstərilərək vaxtında suvarılması təmin edilmiş və ərazi kağız tulantılarından təmizlənərək qaydaya salınmışdır.
Kənd inzibati ərazi dairələri üzrə nümayəndəlikləri ilə birlikdə rayonda fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları da öz sahələri üzrə rayonun abadlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirirlər.
Belə ki, rayonun Potu və Müskürlü kəndlərində vətəndaşların müraciəti əsasında torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Yuxarı Şirvan Kanalı İstismar və rayon Suvarma Sistemləri İdarələrinin texnikası vasitəsi ilə kanal və arxlar qazılaraq lil və çöküntülərdən təmizlənmişdir.
Məlikkənd kəndində “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinin üzərinə düşən ağacların budaqlarında yaşıl budama işləri həyata keçirilərək elektrik enerjisi ilə dayanıqlı və keyfiyyətli təmin olunması bərpa edilmişdir.