Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə “Tərəqqi” medalı təqdim edilib

06 yanvar 2025 | 15:43

“Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2024-cü il tarixli Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlilova Rəhilə Baxış qızı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

06 yanvar 2024-cü il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında keçirilən iclasda Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev “Tərəqqi” medalını Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhilə Xəlilovaya təqdim edərək, gələcək fəaliyyətində uğurlar arzu edib.

Rəhilə Xəlilova onun əməyinə verilən böyük dəyərə görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon icra hakimiyyətinin başçısı Natiq Ağayevə təşəkkür etməklə gələcəkdə daha da əzmlə çalışacağını bildirib.

Keçidlər