Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon İcra Hakimiyyəti başçısı 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərini ziyarət etdi

26 sentyabr 2023 | 22:59

Sentyabrın 26-da Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 44 günlük Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində şəhidlər Səmidli Babək Mətləb oğlu, Həsənov Maarif Rahim oğlu, Məmmədov Vasif Əlibala oğlu, Eyvazov Əli Sehran oğlu, Nuruzadə Elşən Əlisa oğlunun ailə üzvləri ilə görüşüb.

Görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri və Göyçay Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də iştirak edib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev görüşdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.

Şəhid valideynləri ilə görüşdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb.

Sonra rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər