Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon Hakimiyyətinin başçısı Mırtı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi

13 mart 2025 | 13:12

13 mart 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mırtı kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Rayon İcra Hakimiyyəti başçısının Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namizəd Məmmədov çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı vətəndaşlar müxtəlif mövzular barədə rayon icra hakimiyyətinin başçısına müraciət etmiş, qaldırılan məsələlər qeydə alınaraq nəzarətə götürülmüşdür.

Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər