Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarının kənarlarında abadlıq və təmizlik işləri aparılıb

04 fevral 2023 | 16:12

Göyçay Rayon İcra Hakimiyyəti başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən rayon ərazisindən keçən respublika əhəmiyyətli avtomobil yollarının və kəndlərin mərkəzi yollarının kənarlarında abadlıq və təmizlik işləri aparılıb.

Gün ərzində nümayəndəliklər tərəfindən aşağıdakı işlər görülmüşdür:

 

► Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Göyçay-Ucar avtomobil yolunun Kürd və Ulaşlı Şıxlı kəndinin ərazisindən keçən hissəsində yol kənarları kol-kosdan, alaq otlarından təmizlənmiş;

 

► Cəyirli, Qızılağac, Məlikkənd və Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə Göyçay-Bərgüşad avtomobil yolunun müvafiq olaraq nümayəndəliklərə daxil olan kəndlərin ərazisindən keçən hissəsində yol kənaları kol-kosdan, alaq otlarından təmizlənmiş;

 

► Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qarabaqqal kəndinin ərazisindən keçən hissəsində yol kənarları kol-kosdan və məişət tulantılarından təmizlənmiş qaydaya salınmış;

 

► Ləkçılpaq, Alpout, Yalman və İnçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, kənd bələdiyyələrinin təşkilatçılığı ilə kəndin mərkəzi yollarının kənarları kol-kosdan və tullantılardan təmizlənərək qaydaya salınmışdır.

Keçidlər