Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində təmizlik və suvarma arxlarının qazılması işləri davam etdirilir

28 yanvar 2023 | 10:41

Rayon İcra Hakimiyyəti başçısının Cəyirli  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı Göyçay-Bərgüşad avtomobil yolunun Cəyirli kəndinin ərazisindən keçən hissəsində yol kənaları tullantı və kol-kosdan təmizlənərək ərazidə abadlıq işləri aparılır.

Qızılağac kəndində vətəndaşların suvarma suyu təminatının yaxşılaşdırılması məqsədilə ümumilikdə bu günədək1000 metr məsafədə kənd daxili arxlar qazılaraq lil və çöküntülərdən təmizlənmişdir.

Həmçinin rayonun Məlikkənd kəndində qəbiristanlıq sahəsinin yerləşdiyi ərazinin kənalarından keçən suvarma arxı qazılaraq tullantıların təmizlənmiş və arxın su ötürücülük qabiliyyəti artırılmışdır.

Hazırda görülən işlər rayonun digər kəndlərində aparılır.

Keçidlər