Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində müəyyən edilməmiş ərazilərə tullantıların atılması ilə bağlı monitorinqlərə başlanılıb

15 sentyabr 2023 | 16:43

 

Göyçay rayonu ərazisində vətəndaşlar tərəfindən tullantıların müəyyən edilməmiş ərazilərə atılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən yerlərdə monitorinqlərin aparılması işlərinə başlanılıb.

Son iki gün ərzində aparılan monitorinqlər nəticəsində rayonun Qaraməryəm, Ləkçılpaq, Şəhadət, Çərəkə, Bəydövül, Bığır, və Aşağı Qaraməryəm kəndlərində sakinlər tərəfindən xüsusən gecə saatlarında tullantılar müəyyən edilməmiş ərazilərə atılması halları müəyyən edilmişdir.

Görülmüş tədbirlər nəticəsində qeyd olunan kəndlərin ərazisində xüsusi texnika vasitəsi ilə tullantılar təmizlənmiş və sakinlər arasında maarifləndirmə işləri aparılaraq xəbərdarlıqlar edilmişdir.

Vətəndaşları məişət tullantılarını müəyyən edilmiş ərazilərdən kənar yerlərə atılmamasına və sanitar-təmizlik qaydalarına riayət edilməsinə çağırırıq!

Keçidlər