Rayon ərazisində həftəsonu abadlıq və təmizlik işləri ilə bağlı iməcliklər keçirilib
Rayon ərazisində təmizliklə bağlı yol kənarlarının və qəbiristanlıq sahələrinin abadlaşdırılması istiqamətində iməcliklərin keçirilməsi davam etdirilir.
23 sentyabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli, Məlikkənd, Çaxırlı, Yalman, Bəydövül, Qızılağac və Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin təşəbbüsü ilə keçirilən iməcliklər zamanı kəndin avtomobil yollarının kənarlarında, təbii qaz xətlərinin üzərində kol-kosdan, alaq otlarından və tullantılarından təmizlənmə işləri aparılaraq mövcud yaşıllıqlara aqrotexniki qulluq olunmuş, ağacların əhənglənməsi təşkil edilmişdir.
Həmçinin rayon İcra Hakimiyyəti başçısının İnçə və Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən kəndin yol kənarlarının təmizlənməsi ilə yanaşı qəbiristanlıq sahələrində də abadlıq işləri aparılıb.