Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində həftəsonları təmizlik və abadlıqla bağlı iməcliklərin keçirilməsi davam edir

02 dekabr 2023 | 11:39

Göyçay rayonu ərazisində həftəsonları təmizlik və abadlıqla bağlı işlər mütəmadi olaraq davam etdirilir.

Dekabrın 2-də Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən növbəti iməclik zamanı Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən respublika əhəmiyyətli Göyçay-Ucar və Cəyirli  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Göyçay-Bərgüşad avtomobil yollarının kənarları alaq otlarından, kol-kosdan təmizlənib, qurumuş ağacların budaqları ərazidən götürülüb.

Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin ərazisindən keçən Yuxarı Şirvan kanalının sahilboyu əraziləri texnika vasitəsilə təmizlənərək qaydaya salınıb.

Həmçinin RİHB-nın Aşağı Qaraməryəm, Yalman və Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə daxil olan kəndlərin mərkəzi yollarının ətrafında abadlıq işləri aparılaraq tullantılardan, alaq otlarından və təbii qaz xətlərinin üzəri kol-kosdan təmizlib.

Təmizlik işləri rayonun digər kəndlərində də davam etdirilib.

Keçidlər