Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri davam etdirilir

25 noyabr 2022 | 10:14

Rayon rəhbərliyinin tapşırıq və tövsiyələrinə əsasən şəhər ərazisində, magistral və kəndarası yolların kənarlarında abadlıq, yaşıllaşdırma və işıqlandırma işləri aparılır.

Görülən işlərlə yanaşı ilkin mərhələdə şəhid ailələrinin yaşadıqları küçələr, həmçinin şəhərin digər prospekt, küçə və dalanlarına yeni asfalt örtüyü çəkilir.

Bu günədək şəhərin 49-cu və 50-ci məhəllərləri, M.Ə.Rəsulzadə, Bakı, Şəhriyar, Həbibi, Nizami, Xətai, küçələrinə və dalanlarına yeni asfalt örtüyü çəkilmişdir.

Həmçinin Natəvan küçəsi ilə M.Hüseynzadə küçəsinin, Natəvan küçəsi ilə Əli Kərim küçəsinin və Nizami küçəsi ilə M.Hüseynzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən yol dairələrində abadlıq, yaşıllaşdırma işləri aparılır.

Keçidlər