Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon ərazisində abadlıq və təmizlik işləri davam etdirilir

21 noyabr 2022 | 14:17

Rayon rəhbərliyi tərəfindən Göyçay rayonu ərazisində abadlıq və təmizlik işləri daim diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə görülən növbəti tədbirdə şəhərin prospekt və küçələri mərhələli şəkildə asfaltlanır, rayonun Ləkçılpaq, Cəyirli, İnçə, Çərəkə, Şəhadət, Qaraməryəm və digər kəndlərində suvarma arxları, kiçik bərələr lil və çöküntüdən, məişət tullantılarından təmizlənir.

Rayon ərazisindən keçən magistral və eləcə də kəndarası avtomobil yollarının kənarlarında abadlıq işləri görülür, yeni ağaclar əkilir, yaşıllıqlar suvarılaraq qulluq göstərilir.

Qeyd edək ki, görülən işlər rayonumuzun təmiz və abad olması, həmçinin sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir.

Keçidlər