Rayon ərazisində abadlıq və iməclik işləri aparılıb
Göyçay şəhərində aparılan abadlıq işləri çərçivəsində kəndlərin ərazisində də yaşıllıqların salınması, suvarma arxlarının qazılması və yol kənarlarının tullantılardan təmizlənməsi istiqamətində işlər aparılır.
Rayon İcra Hakimiyyəti başçısının İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 1 nömrəli Avtomobil Yolların Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ərəbcəbirli kəndinin ərazisindən keçən hissəsində yolların kənarları kol-kosdan və məişət tulantılarından təmizlənərək qaydaya salınmışdır.
Kürdşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi təşəbbüsü və kənd sakinlərinin dəstəyi ilə iməclik keçirilmiş, yolların kənarları tullantılardan, kol-kosdan təmizlənmişdir.
Həmçinin Rayon İcra Hakimiyyəti başçısının Potu, Şəhadət və Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin təşəbbüsü ilə kəndin daxili yollarının kənarları tullantılarından təmizlənmiş və qurumuş ağacların budaqları budanaraq ərazidə digər abadlıq işləri aparılıb.