Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Rayon Ağsaqqallar Şurasının Hesabat iclası keçirildi

09 sentyabr 2022 | 09:58

09 sentyabr 2022-ci il tarixdə rayon Ağsaqqallar Şurasının illik Hesabat iclası keçirildi.

Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Cavid Osmanov,  rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, Göyçay rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Atəş Salahov, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri,  Ulu Öndər Heydər Əliyevin  abidəsini  ziyarət edərək önünə  gül-çiçək dəstələri düzmüşlər.

 Sonra rayon İcra hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən İkram Vəliyev çıxış edərək bildirdi ki,  Respublika Ağsaqqallar Şurasının müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu gün bütün ölkədə olduğu kimi rayonumuzda da aktiv fəaliyyəti ilə seçilən  rayon Ağsaqqallar Şurası formalaşmışdır. Göyçay rayon Ağsaqqallar Şurası da Respublika Ağsaqqallar Şurasının hazırladığı İş və fəaliyyət planlarını yerinə yetirməkdədir.

Rayon Ağsaqqallar Şurasının sədri Xəlil Orucov illik hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, rayon Ağsaqqallar Şurasının bütün üzvləri ilə növbəli şəkildə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrini ziyarət edir,  qaziləri həmişə diqqət mərkəzində saxlayır, rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əllərindən gələn köməkliyi əsirgəmir.

Daha sonra tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, Milli Məclisin deputatları Məzahir Əfəndiyev və Cavid Osmanov, Göyçay rayon Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranlar Təşkilatının sədri Atəş Salahov, rayon Ağsaqqallar Şurasının üzvü Almaz Cəfərova, rayon Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Eldəniz Məmmədov çıxış edərək rayon gənclərinin  ilə zərərli vərdişlərə yoluxmamaları, erkən nigaha və dini ekstremizmə qarşı, koronavirusa yoluxmanın qarşısının alınması məqsədilə Ağsaqqallar Şurası tərəfindən maarifləndirmə tədbirlərinin keçirilməsi şuranın səmərəli fəaliyyətinin göstəricisi kimi dəyərləndirdilər və ötən dövr üçün rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş hesab  olmasını təklif etdilər.

Keçidlər