Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 020) 274-61-55, (+994 020) 274-05-74.

Qəbələ Müskürlü kəndində növbəti səyyar qəbul keçirilib

06 dekabr 2024 | 19:29

06 dekabr 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Qəbələ Müskürlü kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

Rayon İcra Hakimiyyəti başçısının Müskürlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mahizər Əliyeva çıxış edərək Qəbələ Müskürlü kəndinin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

Səyyar qəbul zamanı kənd sakini Heyran Həsrətova kəndin elektrik təsərrüfatının yenilənməsi, Telman Həsrətov pay torpaq sahəsinə gedən yol üzərində olan körpünün genişləndirməsi, Hacımurad Əlimuradov yaşadıqları küçənin çınqıl daşı ilə cari təmir olunması və digərləri müxtəlif mövzular barədə müraciət etmişlər.

Sonda kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər